Bank Of Baku

Azərbaycanda radio fransız mahnılarına və ifaçılarına qadağa qoyub

Azərbaycanda radio fransız mahnılarına və ifaçılarına qadağa qoyub
# 26 yanvar 2012 07:00 (UTC +04:00)
Radiodan APA-ya verilən məlumata görə, radiostansiyanın icraçı direktoru Tural Əliyev bildirib ki, Fransa Senatı “erməni soyqırımının” inkarına görə cəza nəzərdə tutan qanunu ləğv etməyənə qədər qadağa qüvvədə qalacaq. Qərar yanvarın 26-dan qüvvəyə minib.
Qeyd edək ki, 2009-cu ilin aprelində radiostansiya oxşar qadağanı, Türkiyə-Ermənistan sərhədinin açıldığı təqdirdə, türk ifaçılarına qarşı edəcəyini bəyan etmişdi. Bunu şərh edən radiostansiyanın direktoru bildirib ki, onda da, indi də Türkiyəyə qardaş münasibəti bəsləyərək bu qərarı veriblər: “O vaxt biz Türkiyədən qardaşa layiq jest gözləyirdik və nə yaxşı ki, bunu da gördük. İndi də biz qardaşlıq jesti etməyi özümüzə borc bilirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR