Bank Of Baku

TRT-nin televiziya yayımına başlamasından 44 il ötür

TRT-nin televiziya yayımına başlamasından 44 il ötür
# 01 fevral 2012 09:49 (UTC +04:00)
Bakı – APA. Türkiyə Radio Televiziya Qurumu – TRT-nin televiziya yayımına başlamasının 44-cü ildönümü tamam olur. APA-nın xəbərinə görə, TRT hazırda 14 televiziya kanalı, 18 radio, 35 dil və ləhcədə internet saytları və 3 TV jurnalı olan dünyanın sayılıb-seçilən media qurumları sırasındadır.

TRT ilk televiziya yayımına 1968-ci il yanvarın 31-də başlayıb. Ağ qara yayımlar Ankarada - Mithatpaşa studiyasından başlayıb. Həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yayımlar saat 18.30 başlayaraq 21.00-a qədər davam edib. Sehirli qutudakı yayımlar böyük həyəcanla qarşılanıb. Bir il sonra yayımlar həftədə 4 günə qədər artırılıb. 1970-ci ildə TRT İzmir televiziyası və 1971-ci ildə TRT İstanbul televiziyası fəaliyyətə başlayıb.

Türk xalqı ölkədə olan hər xəbəri TRT vasitəsilə öyrənib anbaan izləyib. Hətta saatlar belə TRT-yə görə ayarlanıb.

1968-ci ildən bu günə qədər TRT daha keyfiyyətli və daha yaxşı yayımlar üçün yeni yeni addımlar atmaqdadır. Tematik, təlimçi yayımlarıyla, müxtəlif dillərdə yayımladığı proqramlarda Türkiyəni dünyaya tanıdan TRT həm də dörd bir yandan yayımladığı proqramlarla dünyanı Türkiyəyə gətirməkdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR