Bank Of Baku

Azərbaycan paytaxtında anomal hava şəraiti ilə əlaqədar gündəlik qəzetlərin əksəriyyəti çap olunmayacaq

Azərbaycan paytaxtında anomal hava şəraiti ilə əlaqədar gündəlik qəzetlərin əksəriyyəti çap olunmayacaq
# 02 fevral 2012 13:57 (UTC +04:00)
APA-nın məlumatına görə, “Yeni Müsavat”, “Azadlıq”, “Zerkalo”, “Exo”, “525-ci qəzet”, “Bizim yol”, “Ədalət” və “Ekspress” qəzetləri hava şəraiti ilə əlaqədar bu gün nəşr oluna bilməyəcəklər. Qəzetlərin redaksiyalarından bildirilib ki, havanın kəskin dəyişməsi redaksiya kollektivinin işə gəlməsinə, o cümlədən işgüzar mühitə mənfi təsir göstərib.

Gündəlik nəşr olunan “Şərq” qəzeti isə nəşr olunmağa qərar verib.

Azərbaycan nəşriyyatının direktor müavini Bəsti İsmayılova APA-ya deyib ki, nəşriyyat qrafikə uyğun işini davam etdirir və qəzetlərin nəşri üçün heç problem yoxdur: “Saat 21.00-dan qəzetlərin çapı başlayır. Qrafikə uyğun iş qurulub və çap məsələsində hər hansı problem yoxdur. Qəzetlərin çapında yarana biləcək problemlər, onların öz redaksiyalarının problemləri ilə bağlıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR