Bank Of Baku

İranda tanınmış azərbaycanlı şair-publisist Səid Muğanlının məhkəməsi keçirilib

İranda tanınmış azərbaycanlı şair-publisist Səid Muğanlının məhkəməsi keçirilib
# 03 fevral 2012 11:43 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda Azərbaycan dilində yazan tanınmış şair-publisist, jurnalist Səid Muğanlının məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, Səid Muğanlı Bakıda keçirilən jurnalistika kurslarında iştirak etməkdə və qanunsuz yolla pul qazanmaqda təqsirləndirilir. Jurnalistin işinə Təbriz Məhkəməsinin 105-ci şöbəsində baxılıb. Hakim yetərli dəlil olmadığından Səid Muğanlıya ikinci ittihamdan bəraət verib.

Ötən ilin dekabrında apellyasiya şikayəti təmin edilməyən azərbaycanlı şair-publisist Təbriz İnqilab Məhkəməsi tərəfindən İrandakı mövcud quruluşun əleyhinə şeirlər yazmaqda ittiham olunaraq 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Səid Muğanlı (Məhəmmədi) 2011-ci ilin iyunun 8-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib və sentyabrın 25-də 50 min ABŞ dolları məbləğində girov müqabilində azadlığa buraxılıb. ETTELAAT-ın təcridxanasında 110 gün saxlanılan şairin ağır işgəncələrə məruz qaldığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR