Bank Of Baku

Azərbaycanda daha iki teleradio şirkətinin lisenziyası uzadılıb

Azərbaycanda daha iki teleradio şirkətinin lisenziyası uzadılıb
# 07 fevral 2012 13:27 (UTC +04:00)
Şuradan APA-ya verilən məlumata görə, iclasda “Space Müstəqil Televiziya və Radio Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin televiziya, radio yayımı və əlavə informasiya yayımı, “Konnect” Məhdud Məsuliyyətli Cəmiyyətinin isə kabel şəbəkəsi yayımı üçün lisenziya müddətinin uzadılması ilə bağlı müraciətinə baxılıb.

MTRŞ "Televiziya və radio yayımı haqqında" qanunun 22.3-cü maddəsinin tələblərini, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” ölkə prezidentinin fərmanının 33.1, 33.4, 33.7 və 33.9-cu bəndini rəhbər tutaraq “Space Müstəqil Televiziya və Radio Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin televiziya, radio yayımı və əlavə informasiya yayımı, “Konnect” Məhdud Məsuliyyətli Cəmiyyətinin isə kabel şəbəkəsi yayımı üçün lisenziya müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR