Azərbaycan paytaxtında kəskin hava şəraiti qəzetlərin də dövriliyinə təsir göstərib - SORĞU
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid APA-ya açıqlamasında rəhbərlik etdiyi qəzetin sabahkı nömrəsinin çıxmayacağını bildirib. Onun sözlərinə görə, redaksiya nəşriyyatdan uzaqda yerləşir, yolların buz bağladığına görə əməkdaşlar işə gələ bilməyiblər: “Buna görə qəzet sabahkı nömrəsi nəşr olunmayacaq. Sonrakı günlərdə qəzetimizin çap olunub olunmayacağı havanın necə keçməsindən asılıdır”.
“Şərq” qəzetinin baş redaktor müavini Akif Aşırlı isə rəhbərlik etdiyi qəzetin sabahkı nömrəsinin çıxıb-çıxmayacağı barədə hələlik qərar vermədiklərini bildirib: «Bizim qəzetin çıxıb-çıxmayacağı hələ bəlli deyil”.
«Yeni Müsavat» qəzetinin isə növbəti nömrəsinin üzərində hazırlıq işləri gedir. Qəzetin baş redaktor müavini Azər Ayxanın APA-ya verdiyi məlumata görə, bu gün günorta saatlarında redaksiyanın yerləşdiyi ərazinin elektrik enerjisi ilə təchizatında problemlər yaranıb. Redaksiya heyəti generatordan istifadə edərək qəzetin növbəti nömrəsini çapa hazırlayır: “Fövqəladə bir hal baş verməzsə, böyük ehtimalla “Yeni Müsavat” sabah köşklərdə olacaq”.
“Yeni Azərbaycan” qəzetinin də sabahkı nömrəsi çapa hazırlanır. Qəzetin baş redaktoru Hikmət Babaoğlunun APA-ya verdiyi məlumata görə, qəzetin kollektivi tam heyətlə çalışır: “Hər hansı bir ciddi problem olmazsa, «Yeni Azərbaycan» qəzeti sabah çıxacaq”.
“Ekspress” qəzetinin isə sabahkı nömrəsinin çıxıb-çıxmayacağı barədə qərar verilməyib. Qəzetin redaktoru Qalib İbrahimoğlunun sözlərinə görə, bununla bağlı qərar vəziyyətdən asılı olaraq gün ərzində verilə bilər.
Hava şəraiti ilə əlaqədar olaraq «Bizim yol» qəzeti də işi dayandırıb. Qəzetin baş redaktorunun müavini Elçin Rüstəmlinin APA-ya verdiyi məlumata görə, «Bizim yol» qəzetinin sabahkı nömrəsi çıxmayacaq. Növbəti günlərdə qəzetin çıxıb-çıxmayacağı isə hava şəraitindən asılıdır.
«Xalq Cəbhəsi» qəzeti isə hava şəraitinin kəskin olmasına baxmayaraq tam heyətlə çalışır. Bu barədə APA-ya məlumat verən qəzetin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, «Xalq Cəbhəsi» sabah köşklərdə olacaq və hazırda sabahkı say çapa hazırlanır.
«Azadlıq» qəzeti də havaların sərt keçməsinə baxmayaraq sabah satışda olacaq. Qəzetin baş redaktorunun müavini Rahim Hacıyevin APA-ya verdiyi məlumata görə, qəzetin sabahkı nömrəsi çapa hazırlanır: “Hava şəraitinə baxmayaraq qəzetimizin sabahkı nömrəsini çıxarmağa çalışırıq”.
“Azərbaycan” nəşriyyatının direktoru müavini Bəsti İsmayılova isə APA-ya açıqlamasında bildirib ki, şaxtalı hava şəraitinə və yolların buz bağlamasına baxmayaraq nəşriyyatın işində heç bir problem yaranmayıb: “Qəzetlər hər gün axşam bizə müraciət edirlər. Hansı qəzetin çap olunub olunmayacağı axşam məlum olacaq”.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət edib - FOTO
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
Kreml: Moskva ABŞ-ın sülhməramlı səylərinin bəhrə verəcəyinə ümid edir
Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski Mayamidə G20 sammitində Putinlə görüşməyə hazırdır
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq - SABAHIN HAVASI
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb