Bank Of Baku

İctimai Palata mətbuatın vəziyyətinə həsr olunmuş dəyirmi masa keçirib

İctimai Palata mətbuatın vəziyyətinə həsr olunmuş dəyirmi masa keçirib
# 14 fevral 2012 14:28 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün İctimai Palata (İP) mətbuatın hazırkı durumuna həsr olunmuş dəyirmi masa keçirib. Tədbirdə mətbuat orqanlarının məhkəmədə cərimələnməsi, qəzetlərin yayımına maneələr yaradılması və s. məsələlər müzakirə olunub.

APA-nın məlumatına görə, toplantının aparıcısı, İP Koordinasiya Şurasının üzvü Mehriban Vəzir mətbuatın vəziyyəti və qəzet yayımı barədə danışıb. O deyib ki, paytaxtda və bölgələrdə uzun illər fəaliyyət göstərən qəzet köşklərinin əksəriyyəti yığışdırılıb.

Yığıncaqda çıxış edən Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, jurnalist Şahvələd Çobanoğlu, keçmiş deputat Pənah Hüseyn və digərləri ölkədə mətbuat orqanlarının, xüsusilə də yazılı media qurumlarının vəziyyətinin qənaətbəxş olmadığını söyləyiblər. Yığıncaqda bildirilib ki, problemdən çıxış yolunun aranmasında yalnız mətbuat vasitələrinin deyil, siyasi təşkilatların da iştirakı vacibdir.

Dəyirmi masa iştirakçıları adından qəbul olunan bəyanatda yeni qəzet köşklərinin qoyulması, şəhərin mərkəzi küçələrində və dənizkənarı bulvarda əl yayımı ilə məşğul olan səyyar satıcıların fəaliyyətinə qoyulan qadağaların götürülməsi ilə bağlı çağırış edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR