Vüsalə Mahirqızı - “Soyqırımdan soyqırıma gedən yollar”
***
Onlar ailədə 4 nəfər idilər, axşam yeməyi üçün təzə süfrə başına keçmişdilər. Birdən çöldən səslər gəlməyə başladı: “Ermənilər gəlir, atəş açırlar”. Valideynləri onun və 5 yaşlı bacısı Yeganənin əlindən tutub həyətə qaçdılar.
25 fevral axşamıydı, çöldə buz kimi hava vardı. Bir neçə gündən bəri yağan qar getdikcə güclənirdi. Hamı qaçırdı. Qəsəbəyə ən yaxın olan Ağdama tərəf gedən yol meşənin içindən keçirdi. Bir anda güllə yağışının ortasında qaldılar. Vurulanlar yerə yıxılır, hələ ki sağ qalanlar isə güllə yağışına tərəf qaçırdı. Çünki başqa yol yoxdu. Birdən əlindən tutan anası Rənanın fəryadını eşitdi, güllə başından dəymişdi, üzü qan içində yerə yıxıldı, atası ilə bacısı da anasına tərəf yüyürdülər. Bir güllə daha, biri də... Bacısı yerə sərildi, heç fəryada belə imkanı olmadan... Bacının qanı ağ qarı qıpqırmızı rəngə boyamışdı. Qorxudan titrəyən Xəzangül ağlayırdı, atası ölmüş anasını və bacısını buraxıb onun əlindən tutdu, qaçmağa başladılar, qarşılarını əsgər geyimlilər kəsdilər. Bircə həmlə ilə atasını da, onu da yük maşının içinə fırlatdılar.
Ermənilər əsir aldıqları uşaqları, qadınları, yaşlıları bura doldurmuşdular, bir də yaralanıb ayaq üstə dura bilənlər vardı. Ancaq indi atasının da qolundan qan axdığı fərq elədi. Onları heç tanımadıqları bir yerə apardılar. Kişilərin hamısını yaşlı, yaralı demədən ağaca bağladılar. 38 yaşlı atası Təvəkkülə sarı gələn əsgər bağırdı: “De ki, Qarabağ erməni torpağıdır”. Atasından səs çıxmadı, döydülər, yarasına basdılar, təpiklədilər…
Onda 8 yaşındaydı Xəzangül, “ata, ata” fəryadı yeri-göyü inlədirdi.
Təvəkküldən səs çıxmayınca ermənilər hiddətləndilər. Atasının üstünə benzin tökdülər və bircə kibrit… Xəzangül bu dəhşəti 8 yaşında yaşadı. Və üzərindən 20 il keçəndən sonra atasının yanan bədənindən qalxan o iy gəlir hələ burnuna, fəryadı heç getmir qulaqlarından…
***
Xeyr, oxuduqlarınız bir romandan, ya da filimdən parça deyil. Bu, 20 il əvvəl Xocalıda bir ailənin yox edilməsinin gerçək dramıdır. 25-26 fevral 1992-ci ildə erməni terrorçuları qəsəbənin əksəriyyəti qadın, qoca və uşaq olmaqla 2500 sakininin üzərinə ağır silahlardan mərmi yağdırdı, 613 vətəndaşımız qətlə yetirildi, 1500-ə qədər dinc sakin yaralı vəziyyətdə meşədə tərk edildi, çoxu donub öldü, çoxlu əsirlərimiz oldu. Bəzilərinin aqibətindən hələ də xəbərsizik. Erməni terrorçuları bir neçə saat içində bir qəsəbəni yer üzündən sildilər.
Bu gün dünya parlamentləri 1915-ci ildə baş vermiş olaylarla bağlı qondarma “soyqırım” qərarları qəbul edirlər. Həm də tarixi araşdırmadan, arxivlərə daxil olmaq zəhmətinə qatlanmadan… Amma vicdan, qürur, obyektivlik kimi dünyəvi anlayışların keçərli olduğu hər yerdə “soyqırım” anlayışı barədə öncə bizdən, Azərbaycan türklərindən soruşulmalıdır. Çünki biz soyqırımı cəmi 20 il əvvəl bütün dəhşət və acılarıyla yaşadıq.
Fevralın 26-da Xocalıda yaşananların adı soyqırımdan başqa bir şey ola bilməz.
Soyqırımı bir insanlıq cinayəti olaraq görənləri 26 fevralda, bu bazar günü saat 14-də Taksim Meydanına dəvət edirik. Dünyanın istənilən yerində tarixin istənilən çağında soyqırım niyyətilə bir nəfəri belə qətlə yetirənləri lənətləməyi insanlıq vəzifəsi bilənləri 26 fevralda Taksimdə “Hamımız Xocalılıyıq” deyə hayqırmağa çağırırıq.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət edib - FOTO
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
Kreml: Moskva ABŞ-ın sülhməramlı səylərinin bəhrə verəcəyinə ümid edir
Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski Mayamidə G20 sammitində Putinlə görüşməyə hazırdır
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq - SABAHIN HAVASI
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb