Bank Of Baku

“Erməni təcavüzü: ötən əsrdə və indi” mövzusunda elmi konfrans keçirilib - FOTO

“Erməni təcavüzü: ötən əsrdə və indi” mövzusunda elmi konfrans keçirilib - <font color=red>FOTO</font>
# 24 fevral 2012 12:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Mətbuat Şurası və “Kaspi” qəzetinin təşəbbüsü ilə “Erməni təcavüzü: ötən əsrdə və indi” mövzusunda elmi konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ermənilərin Azərbaycan xalqına qarşı məkrli siyasətlərini həyata keçirmək üçün dərc etdirdikləri materiallardan söz açıblar.

Tədbirdə çıxış edən məruzəçilər bildiriblər ki, ermənilər uzun illərdir tarixdə heç zaman olmayan uydurma soyqırımı dünyanın gündəliyinə gətirirlər və bu mövzudan siyasi məqsədlər üçün istifadə edirlər. Lakin tarix göstərib ki, yalan və iftiralarla nəyəsə nail olmaq mümkün deyil və bu yolu tutanlar gec, tez öz layiqli cavablarını alıblar.

Konfransda Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə Azərbaycanda və dünyanın bir çox ölkələrində həyata keçirilən silsilə aksiyalar yüksək qiymətləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR