Bank Of Baku

TRT-nin Bakı ofisinin Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə hazırladığı sənədli filmin təqdimatı keçirilib

TRT-nin Bakı ofisinin Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə hazırladığı sənədli filmin təqdimatı keçirilib
# 27 fevral 2012 15:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkiyənin Azərbaycandakı səfirliyində TRT-nin Bakı ofisinin Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə hazırladığı sənədli filmin təqdimatı olub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən TRT-nin Bakı ofisinin rəhbəri Yüksəl Dəyərcan deyib ki, sənədli film TRT-nin bütün kanallarında yayımlanıb. Eyni zamanda TRT-nin bütün TV və radio kanallarında, fərqli dillərdə yayımlanan internet saytlarında Xocalı soyqırımı haqqında məlumatlar verilib.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç çıxışında İstanbulda keçirilən Xocalı mitinqindən danışıb: “Bu tədbir göstərdi ki, biz türk milləti boş durmayacağıq. Biz Azərbaycanın problemini bütün dünyaya duyuracağıq”.

Milli Məclis sədrinin müavini Bahar Muradova sənədli filmi hazırlayan TRT kollektivinə təşəkkürünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR