Bank Of Baku

Xaçmazda “Region jurnalistlərinin peşəkarlıq səviyyəsinin artırılması” mövzusunda tədbir keçirilib – FOTO

Xaçmazda “Region jurnalistlərinin peşəkarlıq səviyyəsinin artırılması” mövzusunda tədbir keçirilib – <font color=red>FOTO </font>
# 29 fevral 2012 15:54 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Bu gün Xaçmazda “Regional medianın inkişafına yardım” İctimai Birliyinin dəstəyi, ilə media mütəxəssisləri və gənc jurnalistlərin iştirakı ilə “region jurnalistlərinin peşəkarlıq səviyyəsinin artırılması” mövzusunda tədbir keçirilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin iştirakı ilə keçirilən görüşdə regionda jurnalistikanın inkişafı, qarşısında duran problemlərin həlli yollarından danışılıb. Tədbirdə regionlarda fəaliyyət göstərən jurnalistlərin peşəkarlığının artırılması yönündə yeni layihələrin həyata keçilməsinə ehtiyac olduğu bildirilib. “Regional medianın inkişafına yardım” İctimai Birliyinin baş direktoru Məhsim Məhsimov Azərbaycanın regionlarında fəaliyyət göstərən media orqanlarında peşəkar jurnalistlərin çatışmazlığını xüsusi vurğulayıb. Tədbirdə gənc jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Media ekspertləri ilə fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları regional medianın ölkə mediasının vacib tərkib hissəsi olduğunu qeyd ediblər. Görüşdə vurğulanıb ki, regionda fəaliyyət göstərən KİV-in ən ümdə vəzifəsi əyalət sakinin üzləşdiyi problemləri, eləcə də yenilikləri işıqlandırmaqdır. Bu sahədə uğur qazanmağın yeganə yolu isə peşəkar olmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR