Bank Of Baku

Jurnalistlər üçün növbəti müsabiqə elan olunub

Jurnalistlər üçün növbəti müsabiqə elan olunub
# 14 mart 2012 11:16 (UTC +04:00)
Bakı-APA. Dünya Gənclər Bankı Şəbəkəsinin (DGBŞ) regional ofisi (WYBN) araşdırma aparan gənc jurnalistlər üçün müsabiqə elan edir. APA-nın xəbərinə görə, DGBŞ regional ofisi, yaradıcı ideyalarını üzə çıxarmaq istəyən və Azərbaycanın müxtəlif kütləvi informasiya vasitələrində çalışan jurnalistləri Qarabağla bağlı müsabiqədə iştirak etməyə dəvət edir.
Müsabiqədə məqsəd Şuşanın, eləcə də işğalda olan Qarabağ torpaqlarının Azərbaycan ərazisi olduğunu, ermənilərin həmin əraziyə gəlmə olduğunu sübuta yetirməkdir. Müsabiqəyə aşağıdakı mövzularda yazılar qəbul olunur:

1) “Şuşa qalası – tarix bizə nə deyir?”;
2) “Ermənilərin Qarabağa gəlmə tarixinə bir baxış”;
3) “Böyük Ermənistan ideyası – “Qarabağı münaqişəsi kontekstində”;
4)” Qarabağda dağıdılmış Azərbaycan mədəniyyəti”;

Hər bir yazı məzmununa və yaradıcılığına görə qiymətləndiriləcək.
Son mərhələdə mütəxəssislərdən ibarət heyət ən yaxşı üç yazını seçəcək və qaliblər pul mükafatı və dəyərli hədiyyələrlə təltif olunacaq.
Birinci yerin qalibi 700, ikinci yerin qalibi 500 manat, üçüncü yerin qalibi isə 300 manat ilə məbləğində mükafatlandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR