TRT-nin Bakı nümayəndəliyi Azərbaycanda Novruz bayramına həsr olunmuş proqram hazırlayıb

TRT-nin Bakı nümayəndəliyi Azərbaycanda Novruz bayramına həsr olunmuş proqram hazırlayıb
# 19 mart 2012 09:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. TRT-nin Bakı nümayəndəliyi Azərbaycanda Novruz bayramına həsr olunmuş yarım saatlıq proqram hazırlayıb. Bu barədə APA-ya TRT Bakı nümayəndəliyinin rəhbəri Yüksel Dəyərcan məlumat verib.

İlk çərşənbədən ilaxır çərşənbəyədək, eləcə də Novruz bayramı ilə bağlı adət-ənənələrdən bəhs edilən «Novruz» adlı proqram martın 20-də saat 13.15-də «TRT Avaz» kanalında yayımlanacaq. Proqramın təkrarı martın 25-də göstəriləcək.

Martın 21-də isə «TRT Avaz»da Novruz bayramı ilə əlaqədar Azərbaycan və digər türkdilli ölkələrlə canlı bağlantılar yaradılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR