Bank Of Baku

Əflatun Amaşov Gürcüstanda regional media toplantısına qatılacaq

Əflatun Amaşov Gürcüstanda regional media toplantısına qatılacaq
# 19 mart 2012 15:17 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov postsovet məkanı ölkələrinin medianın özünütənzimləməsi ilə bağlı qurumlarının Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək regional görüşünə qatılacaq. MŞ-dən APA-ya verilən məlumata görə, martın 22-23-də baş tutacaq toplantıda təşkilatçılarla yanaşı, Rusiya, Ukrayna, Azərbaycan, Moldova və Ermənistandan nümayəndələri iştirak edəcəklər.

Qeyd olunub ki, Avropa Birliyinin və Avropa Şurasının Cənubi Qafqazda və Moldovada söz və mətbuat azadlığının, plüralizmin və jurnalist peşəkarlığının artırılmasına yönələn layihəsi çərçivəsində ötən il vahid şəbəkə formalaşdırılıb. Görüşdə müzakirə olunacaq başlıca məsələ həmin şəbəkənin fəaliyyətinin nəzərdən keçirilməsidir. Tədbirdə qurumun Baş assambleyasının, eləcə də Katibliyinin təşkili formaları da müəyyənləşdiriləcək.

Görüş çərçivəsində həmçinin iştirakçı ölkələrin təmsilçilərinin hər birinin özünütənzimləmənin yerli təcrübəsinə dair məruzəsi dinləniləcək. Jurnalist etikası və regionda jurnalistlərin peşə fəaliyyəti ilə bağlı tendensiyalar ətrafında fikir mübadiləsi aparılacaq.
Regional media toplantısında Ə.Amaşovla yanaşı, Azərbaycandan Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR