Bank Of Baku

Radio Antenn Novruz bayramı münasibətilə aksiya keçirəcək

Radio Antenn Novruz bayramı münasibətilə aksiya keçirəcək
# 20 mart 2012 11:23 (UTC +04:00)
Bakı – APA. Radio Antenn 101FM Novruz bayramı münasibətilə martın 21-də “101 xonça” adı altında bayram aksiyası keçirəcək. APA-nın məlumatına görə, aksiyada iştirak edən bütün dinləyicilərin bayram rəmzi olan xonça ilə bərabər 101 litr yanacaq qazanmaq şansı var.

Martın 21-də səhər saat 10:00-dan içində xonçalar olan və radio Antennin loqosu ilə bəzədilmiş şüşəli xüsusi maşın şəhərdə hərəkət edəcək. Radio Antenn 101FM-i dinləyən istənilən sürücü həmin maşının önünə keçib onu saxlaya bilər. Maşını saxlayan bütün sürücülərə mütləq şəkildə xonça təqdim olunacaq. Amma bu xonçaların özəlliyi ondadır ki, onların hər birinin içində 101 litr yanacaq talonu var və onu qazanmaq lazımdır. Bunun üçün isə sürücülərə 3 sual ünvanlanacaq. Sualların 3-nü də düzgün cavablandıran sürücülər 101 litr yanacağı qazanmış olacaqlar. Aksiya səhər saat 10:00-da start götürəcək və saat 18:00-da başa çatacaq.

Qeyd edək ki, 8 Mart Beynəlxalq Qadınlar günündə də radio Antenn 101FM BŞDYP idarəsi ilə birgə xanım sürücüləri təbrik edərək, maraqlı və yaddaqalan aksiya keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR