Bank Of Baku

Elçin Əfəndiyev: “Azərbaycanda bəzi televiziya kanallarında toyxana ilə mavi ekran, laqqırtı ilə söhbət arasında fərq götürülüb”

Elçin Əfəndiyev: “Azərbaycanda bəzi televiziya kanallarında toyxana ilə mavi ekran, laqqırtı ilə söhbət arasında fərq götürülüb”
# 30 mart 2012 15:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Baş nazirin müavini Elçin Əfəndiyev Azərbaycan telekanallarındakı verilişlərin səviyyəsi ilə bağlı narahatlığını ifadə edib. APA-nın məlumatına görə, Azərbaycan Dövlət Televiziyası (AzTV) Qapalı Səhmdar Cəmiyyətində İlyas Əfəndiyevlə bağlı çəkilən “Ləyaqət hücrəsi”adlı filmin təqdimatında baş nazirin müavini bildirib ki, televiziya kanallarında bədii-estetik nəzarət olmalıdır: “Mən belə deyəndə bəzi qəzetlər yazırlar ki, Elçin senzuranın tərəfdarıdır. Bəli, mən bədii-estetik senzuranın tərəfdarıyam. Çünki, Azərbaycanda bəzi televiziya kanallarında toyxana ilə mavi ekran arasında, laqqırtı ilə söhbət arasında fərq götürülüb. Bu, məndə çox narahatlıq yaradır”.

E. Əfəndiyev bu baxımdan AzTV-nin verilişlərini digər kanallara nümunə çəkib: “AzTV-də göstərilən verilişlər bu günkü Azərbaycan teleməkanı üçün xarakterik deyil. Hamı görür ki, indi hansı səviyyədə müğənniləri, oxuyanları, aşıqları efirə çıxarırlar. Bu, Azərbaycan mədəniyyətinə layiq olmayan faktdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR