Bank Of Baku

Türkiyənin “Kanaltürk” telekanalının “Dünyayı Geziyorum” proqramının iki buraxılışı Azərbaycana həsr olunacaq

Türkiyənin “Kanaltürk” telekanalının “Dünyayı Geziyorum” proqramının iki buraxılışı Azərbaycana həsr olunacaq
# 03 aprel 2012 14:30 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Türkiyənin “Kanaltürk” telekanalının “Dünyayı Geziyorum” proqramının iki buraxılışı Azərbaycana həsr olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin dəvəti əsasında Türkiyənin sözügedən telekanalının “Dünyayı Geziyorum” proqramının çəkiliş qrupu 18-25 mart tarixlərində Azərbaycana səfər edib. Səfər çərçivəsində Azərbaycanda keçirilən Novruz bayramı və həmçinin Azərbaycanın turizm potensiallı bölgələri haqqında çəkilişlər aparılıb.

“Dünyayı Geziyorum” proqramının Azərbaycana həsr olunan buraxılışları aprelin 8-i və 15-də Bakı vaxtı ilə saat 15.30-da yayımlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR