Bank Of Baku

“Kulis.az” ədəbiyyat dərgisinin 1 yaşı tamam olur

“Kulis.az” ədəbiyyat dərgisinin 1 yaşı tamam olur
# 04 aprel 2012 11:09 (UTC +04:00)
APA-nın məlumatına görə, ötən il aprelin 4-də fəaliyyətə başlayan Kulis.az artıq Azərbaycanda ədəbiyyat və mədəniyyət sahəsində fəaliyyət göstərən ən böyük internet dərgilərdən birinə çevrilib. “Kulis.az”ın baş redaktoru Qan Turalı APA-ya açıqlamasında deyib ki, bir il əvvəl əsas məqsəd Azərbaycanda ədəbiyyat, mədəniyyət xəbərlərini verən maraqlı internet jurnalı yaratmaq və bununla da gənclərin intellektual dünyagürüşünün zıənginləşməsinə, bədii-estetik zövqünün formalaşmasına yardım etmək idi: “Bu, çox böyük missiyadır. Amma biz öz üzərimizə düşən yükün bir hissəsini həyata keçirdiyimizi düşünürük”.

Qan Turalı hesab edir ki, “Kulis.az” hədəf seçdiyi auditoriyanın böyük əksəriyyətini öz oxucusuna çevirə bilib: “Çünki Azərbaycanın internet məkanında adətən gündəlik siyasətdən, məişət yeknəsəkliyindən kənara çıxan oxunaqlı, maraqlı məlumatlar tapmaq çətin olur. Biz o yazıların hamısını bir yerə cəmləşdirə bilmişik. Amma ölkədə keyfiyyətli internetə hamının çıxışı yoxdur. Bu da bütün oxuculara çatmaqda problem yaradır. Amma gün keçdikcə “Kulis”ə daha çox adam qoşulur. Hər ay 60-70 min adam bizim dərgini oxuyur. Bu, Azərbaycandakı bir sıra nüfuzlu, gündəlik qəzetlərin, saytların girişindən daha çoxdur”.

“Kulis.az” qarşıdakı dövrdə bir sıra yenilklər etmək də fikrindədir: “Multimedia layihələrini gerçəkləşdirmək və daha çox yazarı cəlb etmək istəyirik. Bir neçə sənədli film çəkmək, yazıçılarla video-müsahibələr etmək niyyətimiz var. Bir də qızıl video arxiv yaratmaq istəyirik ki, şairlərimizin öz şeirlərini oxuduğu lentləri arxivləşdirək və o arxiv bizdə qalsın”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR