Bank Of Baku

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
# 06 aprel 2012 13:55 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Şuradan APA-ya verilən məlumata görə, komissiyada əvvəlcə “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin sədri, polkovnik-leytenant Yaşar Cəfərlinin “Hüriyyət” qəzetində onun barəsində gedən yazı ilə əlaqədar müraciətinə baxılıb. İclasda şikayət doğuran materialda qarşı tərəf haqqında bir sıra kəskin ittihamların yer alması, balansın gözlənilmədiyi nəşr təmsilçisinin nəzərinə çatdırılıb.

Baş Prokurorluğun “Yeni Müsavat” qəzetinin bu ilki saylarında gedən “Prokurorluğun 250 işçisinə atıblar” (20 fevral), “Qalmaqallı prokuror oğlu barədə ilginc xəbərlər” (3 mart), “Prokurorlar pul axtarır” (13 mart) sərlövhəli yazılarla əlaqədar müraciətinin müzakirəsi zamanı balansın gözlənilməməsini, lazımi araşdırmaların aparılmamasının yanlışlıqlara gətirib çıxardığı, hədəf kimi götürülən şəxs barədə aşağılayıcı fikirlərin yayımlandığı mətbu nəşr nümayəndəsinin nəzərinə çatdırılıb. Qəzetə tövsiyə olunub ki, bu sayaq mövzuların təqdimatında etik prinsiplərin tələblərinin gözlənilməsinə diqqətlə yanaşsın. Qəzetin hüquqşünası Vasif Hüseynov iradları qəbul edib və məsələ bitmiş sayılıb.

Professor Rafiq Əliyevin “Səs” qəzetinin 11 fevral 2012-ci il tarixli sayında dərc olunmuş yazı barədə müraciətinin müzakirəsi zamanı mətbu nəşrin Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının bir sıra bəndlərinin tələblərini pozduğu müəyyənləşdirilib. Bildirilib ki, köşə yazısında faktlar dəqiqləşdirilmədən təqdim olunub. Həmçinin yazıda adıçəkilən tanınmış ziyalı haqqında təhqiramiz ifadələr yer alıb. Komissiya üzvləri bunları etik prinsiplərə zidd hallar kimi dəyərləndiriblər. Qəzetə gələcəkdə belə yanlışlıqlara yol verməməsi tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR