Bank Of Baku

Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib - FOTO

Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib - <font color=red>FOTO</font>
# 11 aprel 2012 15:32 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin iclası keçirilib. Şuradan APA-ya verilən məlumata görə, İH üzvləri MŞ sədri Əflatun Amaşovun təqdimatından sonra gündəliyə 3 məsələ barədə müzakirələrin daxil edilməsi razılığına gəliblər. Əvvəlcə Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının rəylərinə baxılaraq bunlarda MŞ-nin qərarlarının çıxarılması üçün nə kimi əsasların olduğu müəyyənləşdirilib. On məsələ barədə müvafiq qərarlar qəbul olunub. Bunlar əksəriyyətində mətbu orqanların “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın bir sıra prinsip və bəndlərinin tələblərinin pozulduğu barədə müddəalar, Mətbuat Şurasının tövsiyələri yer alıb. “Kred Aqro” Bank Olmayan Kredit Təşkilatının “Yeni xəbər”, “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin “Elçi” və “Hürriyyət”, professor Rafiq Əliyevin və Bakı şəhər sakini Nazim Məmmədovun “Səs”, Bakı Şəhər Baş Polis İdarəsinin, “Sədərək” Firmasının “Azadlıq”, həmin firmanın, həmçinin Azərbaycan Respublikasının Baş Prokurorluğunun, “Azərinteltekt” QSC-nin “Yeni Müsavat”, Bakı şəhər 173 saylı orta məktəbin “Super market” qəzetləri ilə bağlı müraciətləri əsasında qərarlar qəbul edilib.
MŞ sıralarına yeni üzvlərin qəbulu nəzərdən keçirilib. Ağstafa rayonunun eyni adlı və “Sport favorit” qəzetlərinin MŞ üzvlüyünə qəbulu barədə yekdilliklə qərar çıxarılıb.


İclasda MŞ İdarə Heyətinin üzvü, Slavyan Universitetinin rektoru Kamal Abdullanın da də tədqiqatçıları sırasında olduğu fundamental əsərin - “Kitabi-Dədə Qorqud”un alman şərqşünası F. fon Dits tərəfindən üzə çıxarılmasının 200 illik yubileyinə hazırlıq ətrafında müzakirələr də aparılıb. Onun həmin tədbirin filoloji, kulturoloji bayrama çevrilməsi istiqamətində səsləndirdiyi təkliflər, xüsusilə bu işin Almaniyadan olan mütəxəssislərlə birgə həyata keçirilməsi barədə səsləndirdiyi fikirlər razılıqla qarşılanıb. Təklif olunub ki, qəzetlərdə “F. fon Dits - “Kitabi-Dədə Qorqud - 200” rubrikası ilə müntəzəm yazılar dərc olunsun, Bakı Slavyan Universiteti ilə birgə konfranslar, müsabiqələr keçirilsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR