Azərbaycan Mətbuat Şurası Avropa Yayım Birliyinə və “Eurovision-2012”-də iştirak edəcək ölkələrin mətbuat orqanlarına müraciət edib - FOTO
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə dünyanın bəzi media qurumlarını musiqi yarışmasını siyasiləşdirməməyə, jurnalist obyektivliyini qorumağa çağırıb.
Sonra Ə. Amaşov beynəlxalq mediada Azərbaycanın “Eurovision-2012” müsabiqəsinə hazırlıqları ilə bağlı yayılan neqativ məlumatlarla əlaqədar hazırlanan müraciətin mətnini oxuyub. Müraciətdə Azərbaycanda kütləvi informasiya vasitələrinin müstəqillik illərində keçdiyi inkişaf yolundan bəhs olunur, senzuranın aradan qaldırıldığı, postsovet məkanında ilk dəfə Azərbaycanda medianın özünüidarəetmə qurumu olan Mətbuat Şurasının yaradıldığı, mediaya dövlət dəstəyi məqsədilə KİV-ə Dəstək Fondunun formalaşdırıldığı, media və ifadə azadlığı ilə bağlı qanunvericilik bazasının formalaşdırılması sahəsində mühüm işlər görüldüyü, KİV sahəsində qanunvericilik bazasının Avropa standartlarına uyğun formalaşdırıldığı vurğulanır. Müraciətdə Azərbaycanda medianın problemlərinin olduğu da bildirilir, mətbuatın iqtisadi asılılığın olduğu, reklam bazarının zəifliyi, peşəkarlıq problemləri və s. sadalanır.
Müraciətdə o da bildirilir ki, bəzi qurumlar “Eurovision” kimi mədəni tədbiri öz məqsədləri üçün siyasiləşdirməyə çalışır: “Bu, milyonlarla avropalıya hörmətsizlikdir. Biz Azərbaycan həqiqətlərinin obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılmasının tərəfdarıyıq. İstərdik ki, beynəlxalq mediada Azərbaycanda demokratik medianın formalaşması üçün həyata keçirilən tədbirlər əks olunsun, beynəlxalq media təmsilçiləri Azərbaycanın 20 faiz ərazisinin işğal altında qalması, 1 milyondan artıq qaçqın və məcburi köçkününün hüquqlarının pozulmasını nəzərə alsınlar”.
Müsabiqə ərəfəsində Azərbaycana qarşı bəzi ölkələrin media qurumları tərəfindən kampaniya aparıldığını bildirən müraciət müəllifləri bunun media peşəkarlıq prinsiplərinə uyğun olmadığını, birtərəfli və qərəzli yazılar verildiyini qeyd edib, təəssüflərini vurğulayıblar. Azərbaycan jurnalistləri müraciətlərində həmkarlarını “Eurovision” ərəfəsində və müsabiqə günlərində Azərbaycana dəvət ediblər: “Hesab edirik ki, Azərbaycanı görmək və ölkəmizin reallıqları ilə əyani şəkildə tanış olmaq Sizin məlumatınızı genişləndirəcək və yanlış təsəvvürün dəyişməsinə səbəb olacaq. Azərbaycan jurnalistlərinin səsini doğmalıqla qarşılayacağınıza, hadisə və proseslərə yanaşmada obyektivliyinizi, tərəfsizliyinizi qoruyacağınıza əminik. İnanırıq ki, ölkəmizlə bağlı əsl həqiqətləri görmək və duymaq üçün ən gözəl imkanı dəyərləndirəcək, may ayında Bakıda keçiriləcək böyük musiqi bayramında bizimlə birgə olacaqsınız”.
Ə. Amaşov müraciətin Avropa Yayım Birliyinə və yarışmada iştirak edəcək ölkələrin media qurumlarına göndəriləcəyini söyləyib.
Sonra bir sıra media qurumlarının rəhbərləri mövzu ətrafında çıxışlar ediblər. “APA Group”-un baş direktoru Vüsalə Mahirqızı deyib ki, bu müraciətin “Eurovision” ərəfəsində Azərbaycana qarşı kampaniya aparan media qurumlarının mövqeyinə təsir etməyəcəyini hamı yaxşı bilir: “Bunu biz də bilirik. Çünki bu yazılar informasiya qıtlığından deyil, konkret maraqlara xidmət edilərək yazılır. Ona görə də müraciətlə yazıların dayanması və ya obyektivləşməsi mümkün deyil. Bunu biz də anlayırıq. Bizim müraciətimizin əsas mahiyyəti ondan ibarətdir ki, həmkarlarımıza nə baş verdiyini anladığımızı göstərək. Onlara anladaq ki, konkret maraqlardan çıxış edib, sonra başqalarına media peşəkarlığı dərsi keçmək etik deyil, biz bu yazıların Azərbaycan təzyiq kampaniyasının tərkib hissəsini olduğunun fərqindəyik”.
V. Mahirqızı çıxışında “Eurovision” keçirilən ölkələrdə həmin il media və insan haqlarının pozulmasına dair qeydə alınmış tarixi faktları da sadalayıb.
“Biz də Azərbaycan mediasında problemlərin olduğunu bilirik və deyirik. Həmin problemlərin mərhələli şəkildə həllinin vacibliyini də qeyd edirik. Amma onu da bilirik ki, indi Azərbaycana qarşı aparılan kampaniya çərçivəsində media azadlığı məsələsinin gündəmə gətirilməsi vəziyyətdən sui-istifadədir. Maraq Azərbaycan mediası yox, belə yazıların yazılmasını istəyən donor ölkələrin maraqlarıdır”, - deyə v. Mahirqızı qeyd edib.
Tədbirdə digər media qurumlarının rəhbərləri də çıxış edərək, qərəzli yazılara qarşı birgə mübarizənin vacibliyini vurğulayıblar.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Zakir Fərəcov SDU-nun 3-cü tədris korpusunda aparılan təmir işləri ilə tanış olub
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət edib - FOTO
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
Kreml: Moskva ABŞ-ın sülhməramlı səylərinin bəhrə verəcəyinə ümid edir
Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski Mayamidə G20 sammitində Putinlə görüşməyə hazırdır
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq - SABAHIN HAVASI
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb