Bank Of Baku

Roland Kobia Azərbaycanda jurnalistin döyülməsi faktını pisləyib

Roland Kobia Azərbaycanda jurnalistin döyülməsi faktını pisləyib
# 19 aprel 2012 09:14 (UTC +04:00)
APA-nın məlumatına görə, jurnalistlərə açıqlama verən səfir hadisə barədə təfsilatlı məlumata malik olmadığını deyib: “Baş verən hadisənin detalları, səbəbi, motivi, necə baş verməsi barədə tam məlumata malik deyiləm, lakin faktın baş verməsini və jurnalistin döyülməsi bu hadisəni pisləmək üçün kifayətdir”.

Səfir Avropa Birliyinin hadisə ilə əlaqədar faktları topladıqdan və məlumatın dəqiqliyi təsdiqləndikdən sonra bəyanatla çıxış edəcəyini də istisna etməyib.

Qeyd edək ki, ATƏT-in media və söz azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç də Sulutəpədə baş verən insident zamanı jurnalistlərin döyülməsini pisləyən bəyanatla çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR