Bank Of Baku

ATƏT-in Bakı Ofisinin rəhbəri “APA-Group”da olub - FOTO

ATƏT-in Bakı Ofisinin rəhbəri “APA-Group”da olub - <font color=red>FOTO</font>
# 20 aprel 2012 12:00 (UTC +04:00)
APA-nın məlumatına görə, səfir əvvəlcə holdinqin ofisi ilə tanış olub. “APA-Group”un baş direktorunun müavini Nurşən Quliyev K. Tarqayı holdinqə daxil olan agentliklərlə tanış edib, onların fəaliyyəti barədə səfirə ətraflı məlumat verib.

Daha sonra K. Tarqayla “APA-Group”un baş direktoru Vüsalə Mahirqızı arasında görüş olub. Görüşdə V. Mahirqızı holdinq haqqında ətraflı məlumat verib, Azərbaycan mətbuatının hazırkı durumu haqqında danışıb, problemlərdən söz açıb. Öz növbəsində, K. Tarqay ATƏT-in Bakı Ofisinin ölkədə həyata keçirdiyi layihələr haqqında məlumat verib, əməkdaşlıq məsələlərinə toxunub.

Görüşdə Azərbaycanın media sektorunda mövcud durum, reklam bazarı, “online-media”-nın inkişafı, söz və ifadə azadlığının vəziyyəti, ATƏT-in Azərbaycanda media sahəsində həyata keçirdiyi layihələr və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR