Bank Of Baku

Azərbaycan Mətbuat Şurası İctimai Palatanın mitinqində monitorinq aparıb

Azərbaycan Mətbuat Şurası İctimai Palatanın mitinqində monitorinq aparıb
# 23 aprel 2012 11:30 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) monitorinq qrupu İctimai Palatanın aprelin 22-də keçirilən mitinqində jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirmələrinin monitorinqini aparıb. Şuradan APA-ya verilən məlumata görə, MŞ-nin mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının üzvlərinin iştirak etdikləri monitorinq zamanı media təmsilçiləri ilə bağlı hər hansı insident qeydə alınmayıb.

Qeyd edək ki, Daimi Komissiyanın tərkibinə Mətbuat Şurası ilə yanaşı, Baş Prokurorluğun, Daxili İşlər və Ədliyyə Nazirliklərinin nümayəndələri daxildirlər. Komissiya üzvlərindən ibarət qrup eyni zamanda müəyyənləşdirib ki, aksiyanı işıqlandıran jurnalistlər əksəriyyət etibarilə üzərində “PRESS” yazılmış xüsusi gödəkcələrdə olsalar da, bəzi media təmsilçiləri peşə fəaliyyətlərini yerinə yetirərkən bu geyimlərdə olmayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR