Bank Of Baku

AŞPA sədri Azərbaycanda jurnalistin döyülməsini pisləyib

AŞPA sədri Azərbaycanda jurnalistin döyülməsini pisləyib
# 23 aprel 2012 11:54 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli - APA. “Jurnalistlərin döyülməsi pislənməlidir. Mən dünya ictimaiyyətinə özünü müsbət şəkildə tanıtmaq istəyən Azərbaycan rəsmlərini bu məsələlərdə daha diqqətli olmağa və qanun-qaydalara riayət etməyə çağırıram”. APA-nın Avropa bürosunun məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının sədri Jan-Klod Minyon bu gün keçirdiyi mətbuat konfransında Azərbaycanda jurnalistin fiziki təzyiqə məruz qalmasına münasibət bildirərkən deyib.

O, bir aydan sonra Azərbaycanda nüfuzlu «Eurovision» musiqi yarışmasının keçiriləcəyini xatırladıb: “Odur ki, ölkə daha da çox tanınacaq dünyada. Biz də fürsətdən istifadə edib Azərbaycan rəsmlərini ölkədə fəaliyyət göstərən, eləcə də xaricdən gələcək jurnalistlərin təhlükəsizliyini qorumağa çağırırıq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR