Bank Of Baku

Mətbuat Şurası və ATƏT-in Bakı ofisi yeni layihəyə start verib

Mətbuat Şurası və ATƏT-in Bakı ofisi yeni layihəyə start verib
# 25 aprel 2012 14:57 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Mətbuat Şurası və ATƏT-in Bakı ofisi «Media və cəmiyyət münasibətlərində media müzakirələri» adlı yeni layihəyə start verib. Şuradan APA-ya verilən məlumata görə, layihədən məqsəd Azərbaycan mediasının aktual problemlərini qruplaşdırmaqla, onların geniş ictimaiyyətə təqdimatını həyata keçirməklə cəmiyyətin həmin problemlərin aradan qaldırılmasına effektik təsir mexanizminin formalaşmasına dəstək göstərməkdən ibarətdir. Əsas hədəflərdən biri də Azərbaycan jurnalistikasını vətəndaşlar üçün daha yaxın etmək, cəmiyyətlə medianın əlaqələrini möhkəmləndirməkdir.

İlin sonunadək həyata keçiriləcək layihə çərçivəsində ATƏT-in Bakı ofisinin, Mətbuat Şurasının, ölkənin tanınan, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri, media ekspertlərinin iştirakı ilə «İctimai TV»də proqramların təşkili nəzərdə tutulur. Proqramlarda başlıca olaraq KİV-lərin iqtisadi çətinlikləri, jurnalistika təhsili, yeni media, diffamasiya və digər bu kimi məsələlər ətrafında müzakirələr təşkil olunacaq.

Qeyd edək ki, layihə çərçivəsində ilk tədbirin bu günlərdə reallaşdırılması planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR