Bank Of Baku

Azərbaycan telekanallarında əcnəbi serialların yayımı üçün qoyulan müddət bu gün başa çatır

Azərbaycan telekanallarında əcnəbi serialların yayımı üçün qoyulan müddət bu gün başa çatır
# 30 aprel 2012 08:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan telekanallarında əcnəbi serialların yayımı üçün Milli Televiziya və Radio Şurasının (MTRŞ) qoyduğu müddət bu gün başa çatır. Sabahdan ölkə telekanallarında əcnəbi serialların yayımı dayandırılacaq. MTRŞ sədri Nuşirəvan Məhərrəmli APA-ya açıqlamasında bildirib ki, xarici serialların yayımının dayandırılması ilə bağlı qərar qətidir və dəyişə bilməz: “Bu elə məsələdir ki, bir dəfə qərar verilir. Qərar verilib, yerinə yetiriləcək. Bu qərarı pozanlara qarşı qanuna uyğun addımlar atılacaq. MTRŞ-nın qərarları kanallar üçün məcburidir. Qəbul etməsələr, qərarı yerinə yetirməsələr, təbii ki, adekvat addımlar atılacaq”.

Şura sədri bəyan edib ki, qanuna əsasən, MTRŞ-nın qanunu pozanlara qarşı üç cəza tədbiri var: “Şura qanunu pozanlara xəbərdarlıq edir, cərimə tətbiq eləyir və lisenziyanın geri alınması üçün işə başlayır. Qanunu pozanlar üçün bu üçündən biri tətbiq olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR