Bank Of Baku

Əflatun Amaşov Türkiyə Mətbuat Şurasının təmsilçisi ilə görüşüb - FOTO

Əflatun Amaşov Türkiyə Mətbuat Şurasının təmsilçisi ilə görüşüb - <font color=red>FOTO</font>
# 30 aprel 2012 10:17 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Türkiyə Mətbuat Şurası dərnəyinin rəhbəri Tamər Atabarutla görüşüb. MŞ-dən APA-ya verilən məlumata görə, şuranın ofisindən baş tutan görüşdə hər iki qurum arasında əlaqələrin hazırkı vəziyyəti müzakirə olunub. Ə. Amaşov bildirib ki, rəhbərlik etdiyi qurumun beynəlxalq təmaslarının qurulmasında Türkiyə Mətbuat Şurası ilə münasibətlər mühüm rol oynayıb. Şura sədri qonağa başçılıq etdiyi təşkilatın hazırkı fəaliyyət istiqamətləri ilə bağlı da ətraflı məlumat verib.

T. Atabarut son illər Azərbaycanın və Türkiyənin media qurumları arasında əlaqələrin artdığına diqqət çəkib. Bunu hər iki ölkənin ortaq maraqlarının ifadəsi baxımından faydalı tendensiya kimi dəyərləndirən qonaq mövcud istiqamətdəki fəaliyyətin daha da gücləndirilməsinin zəruriliyini önə çəkib.

Görüşdə Azərbaycan Mətbuat Şurasının və Türkiyə Mətbuat Şurasının medianın özünütənzimləməsi sahəsindəki təcrübə mübadiləsinin dərinləşdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb. Hər iki ölkə jurnalistlərinin qarşılıqlı təmaslarının gücləndirilməsi məqsədilə birgə konfransların, Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana səfərlərin təşkili qərara alınıb. Görüşdə, həmçinin media təhsili sahəsində də əməkdaşlığın prioritet istiqamətlərinə dair diskussiyalar aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR