Bank Of Baku

Əflatun Amaşov Azərbaycanda söz və mətbuat azadlığının durumu ilə bağlı İsveçrədə keçiriləcək seminara qatılacaq

Əflatun Amaşov Azərbaycanda söz və mətbuat azadlığının durumu ilə bağlı İsveçrədə keçiriləcək seminara qatılacaq
# 01 may 2012 12:43 (UTC +04:00)
Bakı-APA. Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov İsveçrənin Cenevrə şəhərində «Avroviziya-2012» öncəsi Azərbaycanda söz və mətbuat azadlığının durumu ilə bağlı keçiriləcək seminarda iştirak edəcək. Şuradan APA-ya verilən məlumata görə, 3 may Ümumdünya Söz Azadlığı Gününə həsr olunmuş tədbir Avropa Yayım İttifaqının təşəbbüsü ilə baş tutacaq.

Dünyanın nüfuzlu media qurumları və insan hüquqları təşkilatları nümayəndələrinin qatılacaqları toplantıda Azərbaycandan da qeyri-hökumət təşkilatları təmsilçiləri iştirak edəcəklər. Azərbaycandan tədbirə həmçinin dövlət rəsmilərinin də qatılmaları nəzərdə tutulur.

Qeyd edək ki, seminarın mayın 2-də Avropa Yayım İttifaqının Cenevrədəki mənzil-qərargahında keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR