Prezident Administrasiyasının şöbə müdiri: “Azərbaycanda azad medianın dairəsinin genişləndirilməsinə ehtiyac var”
Ə. Həsənov ölkənin müstəqilliyini bərpa etməsindən sonra medianın inkişafı sahəsində atılan addımları sadalayıb. O bildirib ki, Azərbaycanda 1998-ci ildə senzura, 2000-ci ildə isə Mətbuat və İnformasiya Nazirliyi ləğv edilib.
Postsovet məkanında yalnız Azərbaycan və Gürcüstanda bu nazirliyin mövcud olmadığını xatırladan PA rəsmisi daha sonra ölkə jurnalistlərinin özünütənzimlə qurumunun yaradılması ilə bağlı müzakirələrə başladıqlarını, müzakirələrin yekunu olaraq 2003-cü ildə Jurnalistlərin I qurultayının çağırıldığını və Mətbuat Şurasının yaradıldığını qeyd edib: “Mətbuat Şurası yaranan gündən isə Azərbaycan hökuməti özünün media üzərindəki bütün təsiretmə mexanizmlərindən imtina etdi”.
PA rəsmisi söz və məlumat azadlığı sahəsində qanunvericilikdə də ciddi addımlar atıldığını bildirib. Onun sözlərinə görə, 1999-cu ildə media qanunu ilə bağlı başlamış müzakirələr həm yerli ictimaiyyət və media nümayəndələri, həm də beynəlxalq təşkilatlarla davam etdirilib, müxtəlif debatlar təşkil olunub və yeni qanun qəbul olunub: “Bu qanunda mətbuat azadlığını məhdudlaşdıran tədbirlərin tətbiqi birmənalı şəkildə qadağan edilir, vəzifəli şəxsin və ya dövlət strukturunun KİV-in fəaliyyətinə müdaxiləsi cinayət məsuliyyəti yaradır”.
Bu qanunun KİV-in qeydiyyatı prosesini tamamilə sadələşdirdiyini vurğulayan Ə. Həsənov 2002-ci ildə Avropa Şurası ilə əməkdaşlıq şəraitində "Televiziya və radio yayımı haqqında" yeni qanunun hazırlanıb, qəbul edildiyini də xatırladıb: "2003-cü ildə Azərbaycanda teleradio siyasətini həyata keçirən Milli Televiziya və Radio Şurası da yaradıldı. Bu Şura fəaliyyətində yalnız qanuna tabedir”. Şöbə müdiri daha sonra "İctimai televiziya və radio yayımı haqqında" qanunun Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində hazırlanıb qəbul edildiyini və İctimai Televiziyanın yaradıldığını bildirib.
Ə. Həsənov daha sonra Mətbuat Şurası və beynəlxalq təşkilatlarla birlikdə müzakirələrin nəticəsi olaraq, "Dövlət sirri haqqında", "İnformasiya əldə etmək haqqında" qanunlar qəbul edildiyini də bildirib: “Bu qanunlar informasiyanın sərhədlərini müəyyənləşdirdi. Məmurların jurnalistin hər bir müraciətinə vaxtlı-vaxtında cavab vermək, onu cavablandırmaq məsuliyyətinə malik olduğunu bir vəzifə kimi müəyyən etdi”.
Mətbuatın iqtisadi vəziyyətinin və maddi-texniki bazasının yaxşılaşdırılması, istiqamətində görülən işlərdən danışan Ə. Həsənov 1998-ci ildən yazılı medianın bütün növ dövlət vergilərindən azad olunduğunu, 1998-ci ildən 2003-cü ilə qədər dövlət nəşriyyatına olan borcların dövlət tərəfindən ödənildiyini bildirib.
Ölkə mediasına diqqətin göstərici olaraq milli mətbuatın yubileylərinin 2000-ci ildən başlayaraq dövlət səviyyəsində qeyd olunduğunu bildirən şöbə müdiri “Azərbaycan post-sovet məkanında yeganə ölkədir ki, uzun müddət mediada çalışmış jurnalistlər üçün dövlət tərəfindən ev inşa edilir və gələn il həmin evlər pulsuz olaraq jurnalistlərə paylanacaq” deyə, bildirib.
Azərbaycan prezidentinin sərəncamı ilə 2008-ci ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunduğunu qeyd edən Ə. Həsənov bunun icrası üçün fond yaradıldığını da bildirib.
Azərbaycanın media orqanlarının sayına görə MDB və Şərqi Avropa ölkələri arasında öncüllərdən olduğunu vurğulayan PA rəsmisi ölkədə 4600 mətbuat orqanının, 50-dən çox informasiya agentliyinin qeydiyyata alındığını, yüzlərlə portalın fəaliyyət göstərdiyini, bölgə mediasının, əcnəbi dillərdə müxtəlif mətbuat orqanları və bülletenlərin varlığını, azad internet olduğunu qeyd edib: “Üç dövlət qəzeti istisna olmaqla, təsis edilən KİV-lərin əksəriyyəti özəl qurumlara, siyasi partiyalara və şəxslərə məxsusdur”.
Ümumdünya İqtisadi Forumunun hesabatına görə, hazırda Azərbaycanda internet istifadəçilərinin sayının əhalinin 50 faizindən çoxunu təşkil etdiyini xatırladan şöbə müdiri ölkədə 30-dan artıq internet provayderinin də xidmət göstərdiyini deyib: “Azərbaycanda genişzolaqlı sürətli internet istifadəçilərinin sayı 30 faizə yaxınlaşır. Bu isə orta ümumdünya göstəricilərindən 2,5 dəfə yüksəkdir. .az domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 4,5 dəfə artıb və 12 mini keçib. Son 4 ildə internet trafikin giriş-çıxış həcmi dəfələrlə artıb, internet xidmətlərindən istifadə haqları azalıb".
Ə. Həsənov televiziya sahəsində də müxtəlifliyin təmin edildiyini, hazırda ölkədə 9 ümumrespublika, bir peyk, 14 regional, 14 kabel televiziyasının, həmçinin 14 radionun fəaliyyət göstərdiyini deyib.
2012-ci ilin sonuna kimi ölkənin tam rəqəmsal yayıma keçəcəyini deyən PA rəsmisi peyk sisteminin yeni texnologiyasının tətbiq ediləcəyini bildirib.
Ə. Həsənov Azərbaycan dövlətinin media siyasətində siyasi plüralizmin bərqərar edilməsinin, söz və mətbuat azadlığının təmin olunmasının, demokratik və azad mətbuatın formalaşdırılmasının və dünyada media sahəsində mövcud olan ən qabaqcıl hüquqi-normativ bazanın öyrənilib, Azərbaycan qanunvericiliyinin ona uyğunlaşdırılmasının prioritet olduğunu vurğulayıb.
Ölkədə media sahəsində görülən işləri yetərli hesab etməyən PA rəsmisi problemlər olduğunu da bildirib. Onun fikrincə, azad medianın dairəsi hələ Azərbaycan dövlətini qane edəcək səviyyədə deyil: “Azad medianın dairəsinin genişləndirilməsinə ehtiyac var”.
Şöbə müdirinə görə, digər problem isə jurnalistlərin peşəkarlığı ilə bağlıdır: “Biz jurnalistlərimizin peşəkarlığını artırmalıyıq”.
Azərbaycanda ATƏT və digər təşkilatlarla əməkdaşlıq şəraitində “Diffamasiya haqqında” qanun layihəsinin hazırlandığını, geniş müzakirələr keçirildiyini deyən Ə. Həsənov ölkənin bu qanunun qəbul olunması ərəfəsində olduğunu bildirib: “Azərbaycan Prezidenti bu qanunu qəbul etmək iradəsini ortaya qoyub. Lakin biz jurnalistlərdən qarşılıqlı addım gözləyirik. Mətbuat nümayəndələrinin hamısı Jurnalistlərin Vahid Əxlaq Kodeksini qəbul etməlidir. Cinayət məsuliyyətindən jurnalisti o zaman azad etmək olar ki, o cəmiyyət qarşısında öz məsuliyyətini dərk edir və vahid əxlaq kodeksinə tabe olur”.
Ə. Həsənov tənqidlərə açıq olduqlarını, konstruktiv təklifləri müzakirə etməyin mümkünlüyünü bildirib: “Biz Azərbaycanı Avropanın, Azərbaycan cəmiyyətini demokratik Avropa cəmiyyətinin tərkib hissəsi kimi görmək istəyirik”.
Azərbaycanın 20 il ərzində uğurlu yol keçdiyini qeyd edən Ə. Həsənov jurnalistlərin peşəkarlığını və məsuliyyətini artırmağın vacibliyini vurğulayıb: “Bu, əlbəttə, bizim arzumuzdur. Avropa 200 ildir bunu edir və müəyyən nailiyyətlər də qazanıb".
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Zakir Fərəcov SDU-nun 3-cü tədris korpusunda aparılan təmir işləri ilə tanış olub
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət edib - FOTO
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
Kreml: Moskva ABŞ-ın sülhməramlı səylərinin bəhrə verəcəyinə ümid edir
Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski Mayamidə G20 sammitində Putinlə görüşməyə hazırdır
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq - SABAHIN HAVASI
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib