Bank Of Baku

Bakıda 3 May - Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

Bakıda 3 May - Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş tədbir keçirilib - <font color=red>FOTO</font>
# 03 may 2012 11:23 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Mətbuat Şurası və Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsi 3 May - Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar tədbir keçirib.

APA-nın məlumatına görə, Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu 3 may – Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı çıxış edib. O deyib ki, 1993-cü ildə YUNESKO-nun Baş Konfransının təklifini nəzərə alaraq BMT-nin Baş Məclisi 3 may tarixini “Ümumdünya Mətbuat Azadlığı Günü” elan edib.

Beynəlxalq Mətbuat İnstitutunun hesabatını açıqlayan U. Rəhimoğlu bildirib ki, bu ilin 4 ayı ərzində dünyada 35 jurnalist peşə fəaliyyətini yerinə yetirərkən həlak olub. Ötən il isə həlak olan jurnalistlərin sayı 105-ə çatıb. O, jurnalistlərin təzyiqlərdən sığortalanmadığını da qeyd edib. U. Rəhimoğlu Azərbaycan jurnalistikasının keçdiyi yol haqqında da danışıb.

Prezident Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli müstəqillik illərində Azərbaycan mətbuatının qazandıqdan uğurlar haqqında danışıb. O qeyd edib ki, 1998-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə senzura aradan qaldırılıb, KİV-in inkişafı üçün maliyyə dəstəyi ayrılıb, jurnalistlərin mənzil probleminin həlli istiqamətində ciddi addım atılıb.

O, jurnalistlərə fəxri adların verilməsi ənənəsi yenidən bərpa olunmasını da təqdirəlayiq hal kimi xarakterizə edib.

Tədbir Azərbaycan mətbuatının problemləri, uğurları və keçdiyi inkişaf yoluna həsr olunmuş çıxışlarla davam etdirilib və müxtəlif təkliflər səslənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR