Bank Of Baku

Azərbaycanda Türkiyənin “Anadolu” agentliyinin Qafqaz üzrə nümayəndəliyi rəsmi qeydiyyata alınıb

Azərbaycanda Türkiyənin “Anadolu” agentliyinin Qafqaz üzrə nümayəndəliyi rəsmi qeydiyyata alınıb
# 03 may 2012 13:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda Türkiyənin rəsmi informasiya agentliyi olan “Anadolu” agentliyinin Qafqaz üzrə nümayəndəliyi dövlət qeydiyyatına alınıb. APA-nın Vergilər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nümayəndəlik məhdud məsuliyyətli cəmiyyət formasında aprelin 17-də rəsmi qeydiyyatdan keçib.

Hüquqi ünvanı Bakı şəhərinin Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 40 olan agentliyin Azərbaycanda qanuni təmsilçisi qismində Vüqar Novruzoğlu çıxış ediir.

Qeyd edək ki, nümayəndəliyin Azərbaycanda bir neçə dildə xəbər yayan müstəqil agentlik kimi fəaliyyət göstərməsi planlaşdırılır. Agentliyin bu ay ərzində gerçəkləşəcək rəsmi açılışına Türkiyədən dövlət və hökumət rəsmilərinin də qatılması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR