Bank Of Baku

Azərbaycan Milli Televiziya və Radio Şurası “Space” telekanalına qarşı sərt tədbir görəcək

Azərbaycan Milli Televiziya və Radio Şurası “Space” telekanalına qarşı sərt tədbir görəcək
# 04 may 2012 13:02 (UTC +04:00)
Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, Azərbaycandakı telekanalların əksəriyyəti MTRŞ-nın mayın 1-dən xarici serialları dayandırmaqla bağlı qərarına əməl edib: “Yalnız “Space” kanalı ilə bağlı problem var. Bu problem də qanunauyğun şəkildə həll ediləcək. Şura mayın 7-də bu məsələni ciddi şəkildə müzakirə edib qanuna uyğun olaraq telekanala qarşı cəza tədbiri görəcək”.

N. Məhərrəmli bildirib ki, bu cür hallar qətiyyən yolverilməzdir və heç bir telekanal bu metodlardan istifadə edə bilməz: “Bu metodlar onlara xeyir gətirməz”.

“Space” telekanalının icraçı direktoru Kamil Şahverdiyev isə APA-ya açıqlamasında bildirib ki, MTRŞ-dan kanala bununla bağlı müraciət olunub. İcraçı direktor hər hansı açıqlamanı MTRŞ nümayəndələri ilə görüşdən sonra verə biləcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR