Bank Of Baku

Nuşirəvan Məhərrəmli: “Dekoderlərlə bağlı məsələ müsbət həll olunarsa, MTRŞ yaxın 1-2 ay ərzində ölkə ərazisində analoq yayımın dayandırılmasına qərar verə bilər”

Nuşirəvan Məhərrəmli: “Dekoderlərlə bağlı məsələ müsbət həll olunarsa, MTRŞ yaxın 1-2 ay ərzində ölkə ərazisində analoq yayımın dayandırılmasına qərar verə bilər”
# 04 may 2012 13:33 (UTC +04:00)
Əksər nazirliklər, o cümlədən Rabitə və İnformasiya Texnologiyaları, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri buna razılıq verib. Məlumatıma görə, işlər müsbət istiqamətdə gedir”. Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, Şura həmin məbləğin birbaşa aztəminatlı abonentlərə paylanmasının tərəfdarı deyil: “Biz istəyirik ki, həmin vəsait Mingəçevirdəki “Kür” və Müdafiə Sənayesi Nazirliyinin “Peyk” zavodlarına ödənilsin və onlar dekoder istehsalına başlasınlar. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi siyahıya uyğun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi poçt vasitəsilə dekoderi onu birbaşa həmin ailələrə çatdırsın”.

Şura sədri bildirib ki, dekoderlərlə bağlı məsələ müsbət həll olunarsa, MTRŞ yaxın 1-2 ay ərzində ölkə ərazisində analoq yayımın dayandırılmasına qərar verə bilər: “Bununla da Azərbaycan MDB ölkələri işərisində analoq yayımı dayandıran ilk ölkə olacaq. Bu, çox ciddi bir məsələdir. Mən çox istərdim ki, Maliyyə Nazirliyi də buna çox ciddi yanaşsın”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR