MTRŞ “Space” kanalını inzibati məsuliyyətdən azad edib
07 may 2012 13:49 (UTC +04:00)
Şuradan APA-ya verilən xəbərə görə, iclasda “SN Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb. MTRŞ “Televiziya və radio yayımı haqqında” qanunun 22.3-cü maddəsini, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” ölkə prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanın 33.8-ci bəndini rəhbər tutaraq “SN Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin kabel şəbəkəsi yayımı üçün lisenziya müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.
İclasda həmçinin “Space Müstəqil Televiziya və Radio Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən MTRŞ-nın 22 dekabr 2011-ci il tarixli qərarının tələblərini pozması faktı üzrə başlanmış inzibati icraat üzrə işə də baxılıb. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələblərinə uyğun olaraq “Space” Müstəqil Teleradio Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyəti MTRŞ-nın qərarına əsasən inzibati məsuliyyətdən azad edilib.

Media
Mətbuat Şurası və ARDNF jurnalistlər üçün birgə müsabiqə elan edib
15:06
22 iyun 2024
Onlayn və çap mediası subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb - YENİLƏNİB
17:05
20 iyun 2024
Jurnalist Sərxan Kamallı vəfat edib
09:37
17 iyun 2024
Mətbuat Şurası: Media orqanları material yayıma hazırlanarkən qarşı tərəfin mövqeyini öyrənib verməlidir
18:32
13 iyun 2024