Bank Of Baku

“İrəli” İctimai Birliyinin "Yeni Media Akademiya” layihəsinə start verilib

“İrəli” İctimai Birliyinin "Yeni Media Akademiya” layihəsinə start verilib
# 16 may 2012 08:35 (UTC +04:00)
Bakı-APA. Mayın 15-də "İRƏLİ" Gənclik Mərkəzində "Yeni Media Akademiya" layihəsinin ilk gününə start verilib. “İrəli” İctimai Birliyindən APA-ya verilən məlumata görə, Akademiyanın ilk dərs günündə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, hüquq elmləri namizədi Vüsal Quliyev gənclərə "Media Hüququ" fənnindən dərs keçmiş və mətbuat azadlığından danışıb.
Daha sonra Mərmərə Universitetinin jurnalistika fakültəsi doktorantura məzunu, fəlsəfə elmləri doktoru Vəfalı Ənsərov gənclərə xəbərçilik nəzəriyyəsi haqqında danışıb. O, gənclərə xəbərin necə yaranması, hansı qaynaqlara istinad olunması barədə ətraflı məlumat verib.

Akademiyanın ilk dərs günündə gənclərin iştirakıyla debat baş tutub. Xatırladaq ki, layihəyə 120 nəfər ərizə ilə müraciət edib. Seçim iki hissə olmaqla yazı və müsahibə yolu ilə aparılmış və sonda 30 nəfər akademiyada iştirak hüququ qazanıb.

Qeyd edək ki, layihənin əsas məqsədi medianın perspektivli sahələrində yüksək dünyagörüşlü, savadlı gəncləri üzə çıxarmaq, onların bu istiqamətdə fəaliyyətini düzgün yönləndirib, operativ və effektiv şəkildə məlumatları çatdırma qabiliyyətli, professional gənc jurnalistlər yetişdirib, bu sahədə təcrübə qazanma şansı verərək milli mətbuat məkanında fəaliyyət göstərmələrini təmin etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR