Bank Of Baku

"İki sahil" qəzeti "Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: Gələcəyə baxış" adlı xüsusi buraxılış hazırlayıb

"İki sahil" qəzeti "Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: Gələcəyə baxış" adlı xüsusi buraxılış hazırlayıb
# 16 may 2012 15:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. "İki sahil" qəzeti "Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: Gələcəyə baxış" adlı xüsusi buraxılış hazırlayıb. Bu barədə APA-ya «İki Sahil» qəzetinin redaksiyasından məlumat verilib.

Yüz səhifəlik Xüsusi buraxılışda aprelin 24-dən 26-dək Vaşinqton şəhərində keçirilən "Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: Gələcəyə baxış" beynəlxalq konfransında Azərbaycan nümayəndə heyəti üzvlərinin çıxışları, eyni zamanda ABŞ təmsilçiləri tərəfindən söylənilmiş fikirlər yer alıb.

Xüsusi buraxılışda ABŞ-ın Luiziana ştatının qubernatoru Bobbi Cindalın,
İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının həmsədri, maliyyə naziri Samir Şərifovun ABŞ Administrasiyasının rəsmi təmsilçisi, dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubinin, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun, ABŞ Konqresmenləri və digər şəxslərin konfransdakı çıxışları yerləşdirilib.

Xüsusi buraxılışın son səhifəsində hər iki ölkənin dövlət başçılarının münasibətlərin inkişafı ilə bağlı fikirləri qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR