Bank Of Baku

İctimai Palata Mətbuat Mərkəzi açıb - FOTO

İctimai Palata Mətbuat Mərkəzi açıb -<font color=red> FOTO</font>
# 17 may 2012 11:06 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Bu gün İctimai Palatanın (İP) Mətbuat Mərkəzinin təqdimatı münasibətilə mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, Müsavat Partiyasının qərargahında yerləşən Mətbuat Mərkəzinin koordinatoru AXCP sədrinin müavini Razi Nurullayev və Müsavat Partiyası Gənclər təşkilatının sədr müavini Leyla Mustafayevadır.

Tədbirdə çıxış edən hər iki koordinator İP-in Mətbuat Mərkəzində yaradılmasında məqsəd ölkəyə “Eurovison-2012” mahnı müsabiqəsini işıqlandırmağa gəlmiş jurnalistlərin diqqətini Azərbaycanın siyasi problemlərinə yönəltməkdir.

İP-in Mətbuat Mərkəzində jurnalistlərin çalışması üçün telefon xidməti yaradılıb, həmçinin internetlə təmin olunmuş kompüterlər quraşdırılıb.

Tədbirdə İP-in qərargahında aclıq aksiyası keçirən qadınlar və ATƏT-in Bakı Ofisinin nümayəndələri də iştirak edib. Mətbuat konfransını işıqlandırmağa yalnız yerli jurnalistlər gəlib. Mətbuat Mərkəzinin koordinatoru Leyla Mustafayeva bildirib ki, növbəti tədbirlərdə əcnəbi jurnalistlərin iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR