Bank Of Baku

Əflatun Amaşov: “Reklamların yalnız dövlət qəzetlərinə verilməsi fikri səhvdir”

Əflatun Amaşov: “Reklamların yalnız dövlət qəzetlərinə verilməsi fikri səhvdir”
# 17 may 2012 11:25 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “Qəzetlərin əldə yayılması ilə bağlı müəyyən problemlər var. Biz bununla əlaqədar icra başçıları ilə söhbət etmişik. Onlar bildirirlər ki, qəzetlər çox vaxt işıqforların ətrafında satılır ki, bu da nəqliyyatın hərəkətinə mane olur. Artıq qəzetlərin əllə yayımı məsələsini müəyyən səviyyəyə çıxarmaq lazımdır”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O, qəzetlərin 30 faizinin əllə yayıldığını söyləyib.

Ə. Amaşov bir sıra köşklərdə qəzetlərlə birlikdə digər əşyaların satılmasına da münasibət bildirib: “Bəzi köşklərdə qəzetlərlə yanaşı, digər məhsulların satılması faktı var. Lakin köşklərdə yalnız iqtidar qəzetləri satılır, müxalifət qəzetləri isə satılmır kimi fikirlər yanlışdır. Biz dəfələrlə monitorinq keçirmişik. Belə bir faktla qarşılaşmamışıq. Eyni zamanda reklamların yalnız dövlət qəzetlərinə verilməsi fikri də səhvdir. Dövlət qəzetlərinə verilən qədər müxalifət qəzetlərinə də reklam verilir. Ümumiyyətlə, Azərbaycanda reklam bazarı zəifdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR