Azərbaycanın media qurumlarının təmsilçiləri Brüsseldə keçiriləcək seminarda iştirak edəcəklər

Azərbaycanın media qurumlarının təmsilçiləri Brüsseldə keçiriləcək seminarda iştirak edəcəklər
# 04 iyun 2012 14:45 (UTC +04:00)
APA-nın məlumatına görə, seminarda Avropa Birliyi, Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Moldova, Ukrayna və Rusiyadan olan nümayəndələr “Şərq Tərəfdaşlığı” regionu və Rusiyada siyasi, sosial və iqtisadi islahatlara dəstək verilməsində Avropa institutlarının rolunu müzakirə edəcək, Avropa Parlamentinin üzvləri Avropa Birliyi və AB Xarici Siyasi Xidmətin nümayəndələri ilə görüşlər keçirəcəklər. Seminarda “APA Group”un baş direktoru Vüsalə Mahirqızı, jurnalist Qulu Məhərrəmli, “Ayna”-“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı və “Yeni Nəsil” jurnalistlər birliyindən Nailə Əliyeva da iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR