ATƏT-in söz azadlığı üzrə nümayəndəsi Bəxtiyar Hacıyevin azadlığa buraxılmasını alqışlayıb

ATƏT-in söz azadlığı üzrə nümayəndəsi Bəxtiyar Hacıyevin azadlığa buraxılmasını alqışlayıb
# 04 iyun 2012 15:35 (UTC +04:00)
APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Dunya Miyatoviç həbsdə olan bütün jurnalistlərin tezliklə azadlığa buraxılacaqlarına ümidvar olduğunu deyib: “Bəxtiyar Hacıyevin azad edilməsi barədə qərar pozitiv addımdır. Bununla belə ölkə hakimiyyəti bütün jurnalistləri azadlığa buraxmaqla söz azadlığını təmin etmək işinə daha böyük dəstək vermiş olardı. Bu səbəbdən yaxın vaxtlarda Azərbaycanda xoş xəbərlər alacağımı səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, bu gün Azərbaycan Ali Məhkəməsi hərbi xidmətdən yayınmağa görə iki il müddətinə azadlıqdan məhrum edilmiş Bəxtiyar Hacıyevin azadlığa buraxılması haqqında qərar qəbul edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR