İctimai Televiziya və Radio Yayımları Şirkətinə dövlət tərəfindən maliyyə ayrılacaq

İctimai Televiziya və  Radio Yayımları Şirkətinə dövlət tərəfindən maliyyə ayrılacaq
# 06 iyun 2012 12:38 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə parlamentin Mədəniyyət komitəsinin iclasında komitə sədri Nizami Cəfərov məlumat verib.

Qanuna təklif olunan ən diqqətçəkən dəyişiklik İctimai Televiziya və Radio Yayımları Şirkətinə dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması ilə bağlıdır. Belə ki, “İctimai televiziya və radio yayımı haqqında” qanunun 23-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən ictimai yayım xidmətinin maliyyə mənbələri sırasına dövlət büdcəsindən ayırmalar da daxil ediləcək.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, qanunda İctimai Televiziya və Radio Yayımları Şirkətinin dövlət tərəfindən maliyyələşdirilməsi 2010-cu ilə qədər nəzərdə tutulmuşdu. Dəyişiklikdən sonra bu məhdudiyyət aradan qaldırılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR