MTRŞ sabah teleserialarla bağlı vəziyyəti müzakirə edəcək

MTRŞ sabah teleserialarla bağlı vəziyyəti müzakirə edəcək
# 07 iyun 2012 13:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Sabah Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçiriləcək. Bunu APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, iclasda may ayı ərzində telekanallarda aparılan monitorinqlərin nəticələri müzakirə ediləcək: “Xüsusilə ATV və ANS kanallarında mövcud vəziyyət müzakirə mövzusu olacaq. Adıçəkilən kanallarda reklamla, sponsorlarla bağlı qanun pozuntuları çoxdur. MTRŞ regional kanallara nümayəndələr göndərib ordakı vəziyyəti də öyrənir. Sabah “Xəyal” TV və “Regional” TV-də olan vəziyyət də müzakirə ediləcək”.

Şura sədri sabahkı iclasda teleserialarla bağlı mövcud vəziyyətin bir daha müzakirə ediləcəyini deyib.

O əlavə edib ki, Azərbaycan xalqının tarixində mühüm rol oynayan xüsusi günlərlə bağlı tövsiyələrlə əlaqədar yekun qərar verilməyib: “Bu məsələ hələ müzakirə olunmalıdır. Xüsusi günlər tək matəm günləri deyil. Respublika günü, Novruz bayramı, Qurban bayramı da belə günlərə aid edilir. Bunların hamısını müzakirə edib, yekun qərar verəcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR