MTRŞ iki telekanala xəbərdarlıq edib

MTRŞ iki telekanala xəbərdarlıq edib
# 08 iyun 2012 14:10 (UTC +04:00)
MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda ATV və ANS televiziyaları tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinin pozulması faktı üzrə başlanılmış inzibati icraat üzrə işə baxılıb.

Milli Televiziya və Radio Şurasının qərarına əsasən, texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna özünün dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayımlanmasına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə, teleradio verilişlərinin (proqramlarının) hazırlanmasında sponsorluqla bağlı qanunvericiliyin pozulmasına görə ATV və ANS televiziyalarına xəbərdarlıq elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR