Mətbuat Şurasında Elçin Mirzəbəylinin kitabının təqdimatı keçirilib - FOTO

Mətbuat Şurasında Elçin Mirzəbəylinin kitabının təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 22 iyun 2012 13:16 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan Mətbuat Şurasında jurnalist, publisist və şair, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin «Poz bu sükutu» kitabının təqdimatı keçirilib. Şuradan APA-ya verilən məlumata görə, müəllifin 45 illik yubileyinə həsr olunmuş mərasimi giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açıb.

Ə. Amaşov bildirib ki, E.Mirzəbəylinin fəaliyyəti çoxqütblüdür. Yaradıcılığında siyasət, publisistika, jurnalistika və poeziya ahəngli şəkildə, özünəməxsus tərzdə təmsil olunur: “Təqdimatına toplaşılan kitab isə bizlərə onu daha çox gözəl ruhlu şair və dərin zəka sahibi olan publisist kimi tanıtdırır. Elçin Mirzəbəyli yaradıcılığında ən ümdə məqam isə vətəndir, torpaqdır, Vətənə və torpağa hədsiz bağlılıq və bütöv Azərbaycan ruhudur. Onun baxışlarında Azərbaycan çox böyük bir məkandır. Ürəklərdə, qəlblərdə əbədi iz salan məkandır».

Tədbirdə Milli Məclisinin deputatları Aqil Abbas, Qüdrət Həsənquliyev, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid, APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı, «Ədalət» qəzetinin baş redaktoru, yazıçı-publisist İradə Tuncay, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Olaylar» qəzetinin rəhbəri Yunus Oğuz, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, İctimai Televiziyanın departament rəhbəri Anar Yusifoğlu, «Kulis.az» saytının redaktoru Tural Cəfərov (Qan Turalı) çıxış ediblər.

Sonda çıxış edən yubilyar tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, «Poz bu sükutu» kitabı müəllifin müxtəlif illərdə yazdığı şerlər, esselər və publisistik məqalələr toplusudur. İndiyədək üç kitab müəllifi olan E.Mirzəbəyli sonuncu dəfə oxucuların görüşünə 10 il öncə «İtirilmiş vaxtın adamı» kitabı ilə gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR