İranda tanınmış azərbaycanlı şair-publisist Səid Muğanlı həbs olunub

İranda tanınmış azərbaycanlı şair-publisist Səid Muğanlı həbs olunub
# 27 iyun 2012 06:35 (UTC +04:00)
APA-nın məlumatına görə, azərbaycanlı jurnalist barəsində çıxarılmış 6 aylıq həbs cəzasını çəkmək üçün həbsxanaya salınıb.

Qeyd edək ki, Səid Muğanlı (Məhəmmədi) Təbriz İnqilab Məhkəməsi tərəfindən İrandakı mövcud quruluşun əleyhinə şeirlər yazmaqda ittiham olunaraq 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qərar ötən ilin dekabrında Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi tərəfindən də qüvvədə saxlanılıb.

Azərbaycanlı jurnalist 2011-ci ilin iyunun 8-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib və sentyabrın 25-də 50 min ABŞ dolları məbləğində girov müqabilində azadlığa buraxılıb.

ETTELAAT-ın təcridxanasında 110 gün saxlanılan azərbaycanlı şairin ağır işgəncələrə məruz qaldığı bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR