İctimai Televiziyada əcnəbi serialların yayımına icazə verilməyəcək - EKSKLÜZİV
27 iyun 2012 15:54 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. İctimai Televiziyaya (İTV) əcnəbi teleserialların yayım hüququ verilməyəcək. APA-nın məlumatına görə, Milli Məclisin (MM) iyunun 29-da keçiriləcək növbədənkənar sessiyasında müzakirəyə çıxarılacaq “İctimai televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklər layihəsində “teleseriallar” sözü olmayacaq.
Belə ki, MM-in Mədəniyyət Komitəsinin iyunun 6-da keçirilmiş iclasında müvafiq qanuna təklif olunan dəyişikliyə əsasən, İTV-yə dünya ölkələrinin ən yaxşı seriallarının, bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və ya Azərbaycan dilində sub-titrlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır. Lakin layihənin son variantında “teleseriallar” sözü çıxarılıb. Son varianta görə, İTV-yə dünya ölkələrinin ən yaxşı bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və ya Azərbaycan dilində sub-titrlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır.
Qeyd edək ki, “İctimai televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklər layihəsində digər dəyişikliklər də nəzərdə tutulub.

Media
Rusiyanın 4 KİV-nin Aİ ərazisində yayım fəaliyyəti qadağan edilib
16:35
17 may 2024
APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib
08:24
17 may 2024
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
12:35
13 may 2024
MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edib
12:27
13 may 2024