Beynəlxalq Mətbuat İnstitutunun 63-cü Dünya Konqresində Umud Mirzəyev qurumun idarə heyətinə üzv seçilib

Beynəlxalq Mətbuat İnstitutunun 63-cü Dünya Konqresində Umud Mirzəyev qurumun idarə heyətinə üzv seçilib
# 28 iyun 2012 15:56 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) 63-cü Dünya Konqresinin Baş Assambleyasında qurumun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Mirzəyev BMİ İdarə Heyətinə üzv seçilib. BMİ Azərbaycan Milli Komitəsindən APA-ya verilən məlumata görə, seçkidə BMİ-nin dünyanın müxtəlif ölkələrindən üzvləri (ABŞ, Böyük Britaniya, Almaniya, Niderland, Norveç, Nigeriya, Keniya, Zambiya, Türkiyə, Azərbaycan, Rusiya, Yaponiya, Cənubi Afrika v s.), jurnalistlər iştirak etdilər. Seçkilər zamanı U. Mirzəyev idarə heyətinə üzvlüyə qoşulub. U.Mirzəyevdən başqa daha 5 nəfər BMİ üzvü ikinci dövr üçün BMİ idarə heyətinə namizədliklərini irəli sürüblər. Belə ki, Avstraliyadan “Der Standard” qəzetinin baş redaktoru, Aleksandra Foderl-Şmid, Serbiyadan “Danas” qəzetinin aparıcı redaktoru cənab Radomor Licina, Slovakiyadan SITA-Slovak News Agentliyinin yaradıcısı və keçmiş baş meneceri Pavol Mudrı, Rusiyadan Tədqiqatçı Jurnalistika Fondunun sədri Qalina Sidirova, Türkiyədən “Hürriyyət” qəzetinin keçmiş xarici xəbərlər bölməsinin rəhbəri və köşə yazarı Fərai Tincin namizədliyi müzakirə olunub.

Bütün 6 namizəd Baş Assambleyada seçiliblər. U. Mirzəyev tələb olunan mümkün səslərdən ən çoxunu (58) toplayıb. Nəticədə o, BMİ idarə heyətinin 28-ci rəsmi üzvü seçilib.

U. Mirzəyev Cənubi Qafqaz regionundan, həmçinin Avropa və Asiya qonşuluğunda olan ölkələrdən BMİ idarə heyətinin ilk üzvüdür. U. Mirzəyev BMİ-nin idarə heyətinə üzv seçilməsindən qürur duyduğunu ifadə edib, regionda BMİ üzvlərinin artırılması istiqamətində çalışacağını və qarşıdan gələn iki il ərzində BMİ-nin 4 milli komitəsinin yaradılmasına dəstək olacağını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR