Əli Həsənov qəzet redaktorları ilə yayım və reklam problemlərini müzakirə edib -FOTOSESSİYA
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, bir müddət əvvəl 4 baş redaktor qəzet yayımındakı problemləri müzakirə etmək üçün Ə.Həsənova müraciət ediblər. Mətbuat Şurası bu görüşü təşkil edib.
Ə.Həsənov redaktorla görüşməyə və mətbuatın problemlərini müzakirə etməyə hər zaman hazır olduğunu deyib.
Daha sonra çıxış edən redaktorlar qəzet yayımı və reklamla bağlı problemlərdən danışıblar. Tədbirdə qeyd olunub ki, köşklərin götürülməsi, eləcə də səyyar qəzet satışı ilə bağlı problemlər mövcuddur. Şəhərin mərkəzindəki köşklərdə qəzetlər daha çox arxa planda satılır, eyni zamanda köşklər seyrək və görünməyən yerlərdə qoyulub. Rayonlarda qəzet satışı əsas problemlərdən biri kimi göstərilib və mətbuatın kəndlərə gedib çıxmadığı bildirilib. Azərbaycanda cəmi 5 qəzetin səyyar satışını təşkil etdiyi, bəzi yerlərdə isə səyyar satıcıların problemlə üzləşdiyi vurğulanıb.
Tədbirdə çıxış edən «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib ki, bəzən mətbuatda müxalifət qəzetlərinin yayım və reklam problemi ilə üzləşdiyi barədə məlumatlar yer alır. Onun sözlərinə görə, qeyd edilən problemlə eyni zamanda dövlət qəzetləri də üzləşirlər. Onların da qəzetinin mətbuat yayımı şirkətlərindən satış haqqını almaqla bağlı problemləri var: «Digər problem isə qəzetlərin bölgələrdə yayımı ilə bağlıdır. Qəzet bölgələrə gedib çıxmır. Bir çox hallarda insanlar özləri söyləyirlər ki, şəhərdə də qəzeti axtarsalar da, tapa bilmirlər».
Eyni problemlərə toxunan «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu isə qəzetinin səyyar satışındakı problemlərdən danışıb. R.Arifoğlunun sözlərinə görə, metro stansiyalarının qarşısında satış üçün qoyulmuş yerlər “Eurovision” yarışması ərəfəsində götürülüb və daha sonra bərpa olunmayıb. Mətbuatda və qəzetlərin internet saytlarında reklamların olmamasından danışan R.Arifoğlu reklam siyasətinə yenidən baxılmasına ehtiyac olduğunu söyləyib.
“APA-Group”un baş direktoru Vüsalə Mahirqızı isə iki təkliflə çıxış edib. Reklamla bağlı qanunvericiliyə dəyişikliklərin edilməsini təklif edən V.Mahirqızının sözlərinə görə, mövcud qanunvericilikdə dövlət qurumlarının tender və digər elanlarının rəsmi dövlət KİV-lərində yerləşdirilməsi ilə bağlı zəruri qeyd var: « Mən qanundan bu məhdudiyyətin götürülməsi ilə bağlı təklif səsləndirmək istəyirəm. Qoy hər bir dövlət qurumu tender və elanlarını yerləşdirəcək KİV-lərlə bağlı müsabiqə elan etsin. Həmin müsabiqədə qalib olan KİV əgər öhdəliyini normal yerinə yetirəcəksə, o zaman gələn müsabiqədə başqa dövlət qurumu da həmin KİV-lə işləməyə üstünlük verəcək. Dövlətin bizə reklam dəstəyini mən yalnız bu cür görürəm. Çünki dövlətin özəl şirkətlərin reklam büdcəsini formalaşdırmağa təsir etmə mexanizmi yoxdur. Özəl şirkətlər yalnız nüfuzu və tirajı, təsir gücü olan mediaya reklam verəcəklər».
V.Mahirqızı eyni zamanda dövlət qurumlarının qəzet və jurnallarını çap etdirməsi ilə bağlı məsələyə də toxunub. Agentlik rəhbəri bildirib ki, əksər hallarda dövlət qurumlarının tərkibindəki sahə qəzetləri tender və elanları yerləşdirirlər: « Bir çox hallarda heç qanunda qeyd olunan rəsmi mətbuat da o elanları ala bilmir».
«Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı çıxışında reklam azlığının səbəblərindən danışıb. “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov isə qanunvericiliyə dəyişiklik təklifi ilə çıxış edib. Baş redaktor bildirib ki, qanunvericilikdə dövlət qurumları üçün ayrılmış büdcənin 1%-ni təbliğat və reklama ayırması barədə dəyişiklik etmək olar.
Daha sonra digər redaktorlar öz təkliflərini bildiriblər. Çıxışlarda mətbuatda sosial reklamların verilməsi ilə bağlı təkliflər səsləndirilib. Qeyd olunub ki, müəyyən dövlət qurumları mediadan sosial reklamların verilməsi üçün istifadə edə, bu reklamlar da mətbuatın güclənməsinə təsir göstərə bilər.
Ə.Həsənov yekun çıxışında bildirib ki, bütün təklifləri qeyd edib və onlara isti yanaşır: “Azərbaycan dövləti media və söz azadlığına dəstək verib və bundan sonra da belə olacaq”. Mətbuatın problemlərinin həlli üçün hər zaman baş redaktorlarla görüşməyə hazır olduğunu deyən Ə. Həsənov bildirib ki, müasir innovasiyaların tətbiqi çap mediasının müəyyən dərəcədə gecikməsinə səbəb olub. Buna görə də insanlar daha çox informasiyanı saytlardan almağa üstünlük verirlər. PA rəsmisi yayım prosesindəki problemlərin aradan qaldırılması istiqamətində yayım şirkətlərinin rəhbərləri ilə ayrıca görüş keçirəcəyini də vurğulayıb: «Artıq dünyada medianın reklam hesabına yaşaması qəbul olunub. Biz yayımla bağlı yaranmış bəzi problemlərin də həllinə çalışacağıq. Amma indiki halda qəzet satışından gələn gəlirlə inkişaf etmək real deyil. Mən dövlətin reklam bazarında məhdudiyyətlər yaratması fikri ilə də razı deyiləm. Bakıda yüzlərlə özəl klinika, minlərlə şadlıq evi var, orta sahibkarlıq inkişaf edir. Belə olan halda reklam verilməsinin qarşısının alınmasından söhbət gedə bilməz. Sadəcə, menecment qurulmalı, reklam verənlərlə söhbət edilməli, onlar inandırılmalıdırlar. Azərbaycanda internet saytları, televizilayar reklamdan gəlir götürə bilirlər. Ona görə də əsas istiqamətlərdən biri də qəzetlərin internet resurslarını gücləndirmək olmalıdır».
Ə.Həsənov reklamla bağlı qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi üçün də təhlillər aparılacağını da qeyd edib. Sosial reklamlarla bağlı məsələyə toxunan Ə.Həsənov bunun zəruriliyi barədə fikirlərini açıqlayıb. O qeyd edib ki, təkliflərlə bağlı PA ictimai-siyasi şöbəsində təhlillər aparılacaq, həmin təkliflər müzakirə olunduqdan sonra müvafiq ümumiləşdirilmələr aparılaraq ölkə başçısına da məruzə olunacaq.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Kəlbəcərdə Bal Festivalı keçirilib
Gürcüstanda vətənə xəyanətdə ittiham edilən müxalifət lideri həbs olunub
Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Zakir Fərəcov SDU-nun 3-cü tədris korpusunda aparılan təmir işləri ilə tanış olub
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət edib - FOTO
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
Kreml: Moskva ABŞ-ın sülhməramlı səylərinin bəhrə verəcəyinə ümid edir
Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski Mayamidə G20 sammitində Putinlə görüşməyə hazırdır
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq - SABAHIN HAVASI
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir