Bank Of Baku

Jurnalist Fikrət Mursaqulovun adını daşıyan fond yaradılıb - FOTO

Jurnalist Fikrət Mursaqulovun adını daşıyan fond yaradılıb - <font color=red>FOTO</font>
# 02 iyul 2012 16:08 (UTC +04:00)
Bakı – APA. Azərbaycanda jurnalist Fikrət Mursaqulovun adını daşıyan fond yaradılıb. Fondun rəhbəri, “Xalq qəzeti”nin şöbə müdiri İlham Abbasov APA-ya açıqlamasında bildirib ki, ötən əsrin 80-ci illərində fəal poetik, publisistik və elmi yaradıcılıqla məşğul olmuş F. Mursaqulov gözdən əlilliyinə baxmayaraq, dəyərli sənət nümunələri ərsəyə gətirməsi ilə dostlarının, onu tanıyanların yaddaşında əbədi iz buraxıb. Yüksək istedadı, mənəvi keyfiyyətləri, eləcə də jurnalistikaya hədsiz bağlılığı F. Mursaqulovun adının əbədiləşdirilməsi ideyasında başlıca motivi təşkil edib.

F. Mursaqulov fondunun fəaliyyət göstərəcəyi istiqamətlər barədə məlumat verən İ. Abbasov bildirib ki, qurumun başlıca məqsədi fiziki qüsuru olan yaradıcı şəxslərin, xüsusən də jurnalistlərin əməyinin stimullaşdırılmasından ibarətdir. O, təşkilatın bu məqsədlə “Ümid işığı” mükafatını təsis etdiyini də diqqətə çatdırıb. Mükafatın hər il iyulun 10-da - F. Mursaqulovun doğum günü ərəfəsində təqdimatının təşkili nəzərdə tutulur.

Qeyd edək ki, F. Mursaqulov 1955-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. 1980-ci ildən ömrünün sonunadək Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin nəşriyyatında baş redaktor vəzifəsində çalışıb. Qeyri-adi istedad sahibi, gözəl insan və səmimi dost kimi onu tanıyanların hər zaman xatirələrində canlandırdıqları F. Mursaqulov cəmi 34 il ömür sürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR